"Barselona"nın hücumçusu Rafinya karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Xəbərə görə, "Bayern Münhen" braziliyalı futbolçunu heyətinə cəlb etmək fikrindədir.
Rafinya mövsümün ikinci hissəsində özünü yaxşı tərəfdən göstərib. Usman Dembelenin zədələnməsi onun heyətə düşməkdə yolunu açıb. "Barselona" tərəfi futbolçudan razı qalsa da, maliyyə problemləri səbəbilə forvardı satmağı nəzərdən keçirir. "Bayern Münhen" isə fürsətdən faydalanaraq bu yay transferi həll etmək niyyətindədir.
Qeyd edək ki, 26 yaşlı futbolçu "Barselona"ya 2022-ci ildə "Lids"dən keçib. 30 oyunda meydana çıxan Rafinya 7 qola imza atıb.
Röya