Ukrayna milli komandasının baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası vakant posta Sergey Rebrovun təyin olunduğunu açıqlayıb.
Tərəflər hələlik müddəti açıqlanmayan müqavilə imzalayıblar.
Mütəxəssisin debütü iyunun 12-də Almaniya ilə yoxlama oyununda baş tutacaq. AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Ukrayna iyunun 16-da Şimali Makedoniya, 19-da isə Malta ilə qarşılaşacaq.
Rebrov Ukraynada Kiyev “Dinamo”su ilə uğurla çalışıb, daha sonra “Əl-Əhli”, “Ferentsvaroş” və “Əl-Əyn” klublarına rəhbərlik edib.
Mirağa