İspaniya La Liqasının şüarı və loqosu dəyişdirilib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Elit liqanın əvvəlki şüarı “Bu, futbol deyil, bu, La Liqadır” kimi səslənirdi. O, “Futbolumuzun gücü” sözləri ilə əvəzlənib.
Loqoya gəlincə, o, daha minimalist olub və bir tonda tərtib edilib.
Qeyd edək ki, gələn mövsümdən etibarən "EA Sports" La Liqanın titul sponsoru olacaq. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Mirağa