Portuqaliyanın "Benfika" klubu 18 yaşlı müdafiəçi transfer edib.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Xəbərə görə Lissabon təmsilçisi ABŞ-nin USL liqasında mübarizə aparan "Luisvill Siti"nin futbolçusu Coşua Uinderi rənglərinə bağlayıb. Keçidin "qartallar"a 1,2 milyon dollara başa gəldiyi açıqlanıb.
Bu məbləğ 2-ci liqa sayılan USL tarixinin rekordu olub. "Benfika" 2025-ci ilə qədər qarşı tərəfə daha 500 min dollar ödəməsə, gələcəkdə ölkəsinin U-20 millisinin üzvü olan Uinderin satışından əldə ediləcək gəlirin 20 faizi "Luisvil"ə çatacaq.
Qeyd edək ki, "Benfika" son Portuqaliya çempionatının qalibidir.
Nihat