Qışda A Seriyası təmsilçisi "Roma"dan ayrılaraq Türkiyəyə üz tutan Nikolo Dzanyolo yenidən İtaliyaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Alfredo Pedulla yayıb.
Mənbənin məlumatına görə, "Yuventus" ulduz futbolçunu transfer etməyə hazırlaşır.
İtaliyalı yarımmüdafiəçinin sərbəst qalma məbləği 35 milyon avrodur.
Dzanyolo qışda "Roma"dan "Qalatasaray"a 15 milyon avroya olub. 23 yaşlı yarımmüdafiəçi Türkiyə klubunda 11 oyun keçirib, 5 qol vurub və bir məhsuldar ötürmə edib. O, İstanbul nəhəngi ilə Türkiyə çempionu olub.
Mirağa