"Bayern Münhen"in heyətində ayrılıq yaşanacaq.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçisi Leroy Sane ilə vidalaşacaq.
Məlumatı jurnalist Kristian Falk yayıb. O, bildirib ki, 27 yaşlı almaniyalı futbolçu bu yay klubu tərk edəcək.
İnsayder onu da qeyd edib ki, sadəcə Sane deyil, bir neçə futbolçunun "Bayern Münhen"dəki gələcəyi sual altındadır. Siyahıda Sadio Mane, Yann Zommer, Serj Qnabri, Marsel Zabitser, Aleksandr Nyubel, Benajemin Pavar və Buna Sarr var.
Qeyd edək ki, Sane klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq və Münhen təmsilçisi ilə hələ danışıqlar başlamayıb. Bir müddət öncə Sanenin komandada əsas heyət oyunçusu olmamasından narazılıq etdiyi bildirilirdi. Bu səbəbdən Almaniya millisinin üzvünün yayda komandasını dəyişəcəyi gözlənilir. Onun xidmətində "Mançester Yunayted" maraqlıdır.
Xatırladaq ki, "Bayern Münhen" başa çatan Almaniya Bundesliqasının qalibi olub.
Röya