Londonun "Çelsi" klubu "İnter"in hücumçusu Lautaro Martinez üçün "Real Madrid" ilə rəqabət aparır.
Fanat.Az xəbər verir ki, məlumatı “The Times” yayıb.
Mənbənin məlumatına görə, İngiltərə nəhənginin ardından "kral klubu" da argentinalı hücumçuna elçi düşüb.
Lautaro A Seriyasının ötən mövsümünü 21 qolla başa vurub. Hücumçu çempionatın son mövsümündə də tam eyni sayda qol vurub.
Martinez bir müddət əvvəl verdiyi açıqlamada "İnter"dən ayrılmaq istəyini dilə gətirmişdi.
Mirağa