Bu ayın sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq Nabi Keyta İngiltərə Premyer Liqasını Almaniya Bundesliqasına dəyişəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını "Verder"də davam etdirəcək.
Mənbənin məlumatına görə, artıq tərəflər danışıq aparıblar və sövdələşmənin detalları ilə bağlı razılığa gəliblər.
Qvineyalı futbolçu 2018-ci ildən "Liverpul"un rənglərini qoruyur.
Keyta ötən mövsüm mersisaydlıların heyətində 13 oyuna çıxıb, qol vurmayıb.
"Verder" Almaniya çempionatının son mövsümünü 13-cü pillədə başa vurub.
Mirağa