Federiko Kyezanın "Yuventus"da qalıb-qalmayacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Xəbərə görə, 25 yaşlı italiyalı "qoca sinyora"nı tərk etmək qərarına gəlib. Sözügedən hücumçunun xidmətində "Bayern Münhen" və "Liverpul"un maraqlı olduğu bildirilib. "Yuventus" rəhbərliyinin Kyezanı 30-35 milyon avroya satmağı planlaşdırdığı vurğulanıb.
Qeyd edək ki, Turin klubu Kyezanı 50 milyon avroya transfer edib. Son mövsümdə A Seriyasında 21 matça çıxan ön xətt oyunçusu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat