İngiltərənin "Tottenhem" klubu gələn həftə "Barselona"nın müdafiəçisi Kleman Lanqlenin transfer edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.
Xəbərə görə, Hotspur təmsilçisi son mövsümdə icarə əsasında formasını geyinən futbolçunu Kataloniya təmsilçisinin tələb etdiyindən 2 dəfə az - 6 milyon avroya heyətinə qata bilər. Mənbə "Barselona"nın bu varianta gələcəkdə Lanqleyə maaş verməmək üçün razılaşdığını vurğulayıb.
Qeyd edək ki, 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 26 oyun keçirən Kleman 2 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionatın yekununa əsasən, 8-ci yeri tutan "Tottenhem" avrokuboklardan kənarda qalıb.
Nihat