"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Alvaro Odriosolanı gözdən çıxardıb.
Fanat.Az xəbər verir ki, bu barədə TMW məlumat yayıb.
Xəbərə görə, komandanın məşqçilər korpusu ispaniyalı müdafiəçini gələn mövsüm heyətdə görmək istəmir.
Bu səbəbdən yay transfer pəncərəsi dönəmində 27 yaşlı futbolçu komandadan göndəriləcək.
Qeyd edək ki, Alvaro cari mövsüm "Real Madrid"in heyətində cəmi 3 La Liqa matçında meydana çıxıb.
Xatırladaq ki, Alvaro Odriosola 2018-ci ildən kral klubunun üzvüdür. O, 2020-ci ili "Bayern Münhen"də, 2021-2022-ci illəri isə icarə əsasında "Fiorentina"da keçirib.
Röya