Ukrayna millisinin və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubunun hücumçusu Andrey Yarmolenko Kiyev "Dinamo"suna qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Bilmirəm. Hələ "Əl-Əyn"lə müqaviləmin müddəti bir aydan sonra bitəcək. Bu məqama hörmətlə yanaşmalıyam. İndi bütün diqqətimi Ukrayna yığmasına yönəltmişəm. Millinin oyunlarından sonra hər şeyi biləcəksiniz".
Andreyin kapitanı olduğu Ukrayna seçməsi bu gün Bremendə Almaniya yığması ilə xeyriyyə matçı keçirəcək. Oyun meydan sahiblərinin 1000-ci qarşılaşması olacaq.
Yarmolenko "Əl-Əyn"də ötən ilin yayından forma geyinir. 2022/23 mövsümündə BƏƏ təmsilçisinin forması ilə ümumilikdə 33 matça çıxan ukraynalı 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat