İngiltərənin "Çelsi" klubu Milan "İnter"inin qapıçısı Andre Onananı heyətinə qatmaq üçün iki ulduz futbolçusunu qarşı tərəfə verməyə hazırdır.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "The Sun" yayıb.
Mənbə Onananı "zadəganlar"ın yeni baş məşqçisi Maurisio Poçettinonun israrla istədiyini vurğulayıb. London təmsilçisinin kamerunlu ilə hücumçu Romalu Lukakunu və müdafiəçi Kalidu Kulibalini dəyişməyi hədəflədiyi bildirilib.
Lukaku hazırda icarə əsasında "İnter"in formasını geyinir və İngiltərə Premyer Liqasına qayıtmaq istəmir. Milan klubunun "Napoli"dən "Çelsi"yə keçəndən bəri potensialından aşağı çıxışla diqqət çəkən Kulibalini də diqqətdə saxladığı bəllidir.
2022/23 mövsümündə Onana "İnter" forması ilə bütün turnirlərdə 40 oyun keçirib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı afrikalı qolkiperin transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat