Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sunday Mirror": "Arsenal" "Brayton"un yarımmüdafiəçisi Moyses Kaysedonun transferində israrlıdır. "Topçular" futbolçuya yeni təklif planı hazırlayır. "Arsenal" bu ilin yanvar ayında da 21 yaşlı futbolçu üçün irəli atılmışdı. Lakin "Brayton" 70 milyon funtluq təklifi geri çevirmişdi.
“Daily Mail”: “Liverpul” “Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uord-Prouzun xidmətində maraqlıdır. Klubu 28 yaşlı futbolçu üçün 50 milyon funt tələb edir. Lakin "mersisaydlılar" Ceyms üçün yalnız 25 milyon ödəməyə hazırdır.
"The Sun": "Vest Hem" "Arsenal"ın yarımmüdafiəçisi İmil Smit Rouya elçi düşüb. Baxmayaraq ki, 2021-ci ildə 22 yaşlı ingiltərəli futbolçu ilə uzun müddətli müqavilə imzalanıb, "Vest Hem" də onu satmağa hazırdır. Lakin "çəkicdöyənlər" sadəcə pul qazanmaq deyil, İmilin yerinə əvəzedici də istəyir.
***
Rəsmi: "Roma" "Lion"dan ayrılan Ussem Auarın tranferini elan edib. 24 yaşlı fransalı yarımmüdafiəçi A Seriyası klubuna azad agent kimi keçib. Onunla müddəti 2028-ci ilin iyun ayına kimi olan müqavilə imzalanıb.
Rəsmi: “Aston Villa” “Lester”in futbolçusu Yuri Tilemansı heyətinə cəlb edib. Tərəflər arasında bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Rəsmi: “Fənərbağça”nın baş məşqçisi Jorje Jezus postunu tərk edib. O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.
Röya