"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "Kral klubu"ndan azad agent qismində ayrılaraq Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"la müqavilə bağlayan Kərim Benzema barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Telefoot" Zizunun dediklərini belə çatdırıb:
"Benzemanın baş məşqçisi olmaq mənim üçün böyük şərəf idi. O, başqaları ilə asanlıqla dil tapa bilən oyunçudur. Həm də meydanda nə etmək lazım olduğunu mükəmməl şəkildə bilir".
Son iş yeri 2021-ci ildə ayrıldığı "Real" olan Zidan da Benzema kimi Əlcəzair əsilli fransalıdır.
Son mövsümdə İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 43 matça çıxan Kərim 31 qol, 6 məhsuldar ötürmə müəllifi olub. 2009-cu ildən Madrid təmsilçisinin uğurları üçün çalışan 35 yaşlı forvard "ağlar"ın sıralarında 25 titul qazanıb. O, "Real"la 5 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Benzema ötən il "Qızıl top" mükafatına da sahib çıxıb.
Nihat