"Yuventus"dan ayrılmaq qərarına gələn və fikrini rəhbərliyə çatdıran Federiko Kyeza karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az "SportRepubblica"ya istinadən xəbər verir ki, 25 yaşlı italiyalı hücumçunun xidmətində London "Arsenal"ı maraqlıdır.
Məlumata görə, "topçular"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında Kyezanın komandaya böyük fayda verəcəyinə əmindir. Mənbə "Yuventus"un sözügedən hücumçunu 60 milyon avroya satmağı planlaşdırdığını vurğulayıb. Xəbərdə Federikonu heyətinə cəlb etməyə çalışan klublar arasında "Nyukasl"ın olduğu da bildirilib.
Son mövsümdə A Seriyasında 21 matça çıxan Kyeza 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, İtaliya Kuboku və Avropa Liqası kimi turnirlərin hərəsində 1 dəfə adını tabloya yazdırıb.
Nihat