"Mançester Yunayted" klubu hücumameyilli yarımmüdafiəçisi Ceydon Sançonu satmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Star" yayıb.
"Qırmızı şeytanlar" vingerini ən azı 60 milyon funt-sterlinq dəyərində satmağı planlaşdırır. Artıq futbolçunun potensial müştərisi də var. Belə ki, "Tottenhem" Sançonun transferində maraqlıdır. Bununla belə, London təmsilçisinin mankunianlıların istədiyi pulu verə bilib-bilməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, “Mançester Yunayted” Sançonu 2021-ci ilin yayında “Borussiya Dortmund”dan 85 milyon avroya alıb. 23 yaşlı cinah yarımmüdafiəçisi ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
MY Sançonun transferindən əldə olunacaq məbləğə "Ayntraxt"ın hücumçusu Randal Kolo-Mouanini əldə etməyə çalışır. Fransız oyunçu "Ayntraxt"da başa çatan mövsümdə 46 matçda 23 qol vurub və 17 məhsuldar ötürmə etdi. 24 yaşlı forvard çempionatda vurduğu 15 qolla Bundesliqanın bombardiri olub.
Mirağa