Tanınmış insayder Nikolo Skira peşəkar futbolçu karyerasını başa vuran Zlatan İbrahimoviçin son klubu "Milan"da işləyib-işləməyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Skira məlumatı şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə 41 yaşlı İbrahimoviçin klubun strukturunda yer almaq niyyətində olmadığını vurğulayıb. "Qırmızı-qaralar"ın rəhbərliyinin İsveç millisinin sabiq forvardı ilə əməkdaşlıq etmək istədiyi, lakin Zlatanın fərqli planlar qurduğu bildirilib.
İbrahimoviç 2010-2012 və 2020-2023-cü illərdə "Milan"ın formasını geyinib. Son mövsümdə zədədən əziyyət çəkən İbra milanlıların heyətində 4 oyuna çıxaraq 1 qol vurub. Bosniya əsilli forvard A Seriyasının son turunda "Verona"nı 3:1 hesabı ilə yendikləri matçdan sonra karyerasını bitirdiyini bəyan edib.
Nihat