PSJ "Fənərbağça"nın planlarını pozacaq.
Fanat.Az xəbər verir ki, Fransa klubu İstanbul təmsilçisinin heyətinə qatmaq istədiyi futbolçuya elçi düşüb.
Söhbət "Kristal Pelas"ın futbolçusu Vilfrid Zahadan gedir.
PSJ-nin baş məşqçisi Luis Kampos Fil Dişi Sahilindən olan 29 yaşlı futbolçunu bu yay komandasına cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Zaha PSJ və "Fənərbağça" ilə yanaşı bir sıra klubların da diqqət mərkəzindədir. O, Avropa klubları ilə yanaşı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının da hədəfindədir.
Xatırladaq ki, 2015-ci ildən "Kristal Pelas"da çıxış edən Vilfrid 459 matçdan meydana çıxıb, 90 qol vurub və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya