"Roma" baş məşqçisi Joze Mourinyuya Səudiyyə Ərəbistanından elçi var.
Fanat.Az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Xəbərə görə, Lionel Messini əldən buraxan "Əl-Hilal" indi də portuqaliyalı mütəxəssisi hədəfə alıb. Ərəblər daha bir ulduzu - Neymarı da heyətinə qatmaqda maraqlıdır. "Əl-Hilal" hər ikisini bu yay yüksək maaş qarşılığında komandada cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət öncə İtaliya təmsilçisinin Mourinyu ilə 3 illik yeni müqavilə imzalayacağı gündəmdə idi. Lakin Avropa Liqasının finalında "Sevilya"ya yenildikdən sonra Jozenin "Roma"da qalacağı sual altındadır.
Xatırladaq ki, 60 yaşlı çalışdırıcı 2021-ci ildən "Roma"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında bu mövsüm İtaliya A Seriyasında 63 xalla 6-cı yeri tutub.
Röya