Rusiyanın "Zenit" klubu "Qalatasaray"a müdafiəçi Abdulkərim Bradakçının transferi üçün təklif göndərib.
Fanat.Az "Sabah"a istinadən xəbər verir ki, "aslanlar"ın satışa çıxardığı futbolçunu 5 milyon avroya almaq istəyən rusların təklifi qəbul edilməyib.
Mənbə Bardakçının özünün də "Zenit"də oynamaq istəmədiyini vurğulayıb.
"Qalatasaray" 28 yaşlı Abdulkərimi ötən ilin yayında, 2,8 milyon avro qarşılığında "Konyaspor"dan alıb. Sarı-qırmızı forma ilə son mövsümdə 33 oyun keçirən arxa xətt oyunçusu bu qarşılaşmalarda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Bardakçı heç vaxt Türkiyədən kənarda oynamayıb və milli formanı geyinməyib.
Nihat