"Fənərbağça" yeni transferini elan edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Rayan Kentin keçidini rəsmiləşdirib.
Məlumatı klubun mətbuat xidməti yayıb. 26 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
"Fənərbağça"ya keçdiyim üçün qürur duyuram. Yeni mövsümdə klubun hədəfinə çatması üçün əlimdən gələni edəcəyəm. İlk hədəfimiz Super Kuboku qazanmaqdır", - deyə Kent klubun rəsmi saytına ilk açıqlamasında bildirib.
Qeyd edək ki, Kentin son klubu Şotlandiya "Reyncers"i olub. O, bu klubda 2019-cu ildən çıxış edib. 107 matçda meydana çıxan vinger 22 qola imza atıb.
Xatırladaq ki, Türkiyə Super Kuboku matçında "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq. Matçın dəqiq tarixi bəlli deyil.
Röya