PSJ klubu Portuqaliya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın transferini reallaşdıra bilməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı GFFN yayıb.
ÇL-in qalibi ilə razılığa gəlmək mümkün olmayıb. Parislilər yarımmüdafiəçi üçün qarşı tərəfə pul və qapıçı Canluici Donnarummanı, yaxud yarımmüdafiəçi Marko Verrattini təklif etsələr də, “şəhərlilər” bundan imtina ediblər. İngiltərə nəhəngi komandanın liderlərindən olan Bernardunu saxlamaq istəyir.
Silva ötən mövsüm Mançester komandasının heyətində 55 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçu MS ilə birlikdə ÇL-i, İngiltərə çempionluğunu və kubokunu qazanmaqla trebl edib.
Mirağa