Barselona məhkəməsi cinsi təcavüzdə təqsirli bilinərək həbs olunan Dani Alvesin növbəti apellyasiya şikayətinə baxıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, braziliyalının şikayəti ikinci dəfə də təmin edilməyib.
Xəbərə görə, vəkilləri onun girov qarşılığında azadlığa buraxılacağı halda, qaçmayacağını, öz uşaqları ilə Barselonada yaşamaq istədiyini bildirsələr də, məhkəmə qərarını dəyişməyib.
Sözügedən oyunçu ilk dəfə apellyasiya şikayəti hüququndan mayda istifadə etmişdi.
Xatırladaq ki, Alves bu ilin yanvarından dəmir barmaqlıqlar arasındadır. O, artıq gecə klubunda həmin qadınla cinsi əlaqədə olduğunu etiraf edib. "Sambaçı"nı 12 ilədək həbs cəzası gözləyir.
Nihat