PSJ satışa çıxardığı Kilian Mbappeni almaq istəyən Avropa nəhəngi ilə danışıqlara start verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "PSG Community" yayıb.
Məlumata görə, müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq ulduz hücumçunun yeni anlaşma imzalamamaq qərarına gəldiyindən xəbər tutan Paris klubunun rəhbərliyi artıq "Real Madrid"lə müzakirələrə başlayıb. Mənbə klub bosslarının Madrid təmsilçisinin prezidenti Florentino Pereslə ünsiyyət qurduqlarını, Kilianın transferi üçün qarşı tərəfdən 200 milyon avro istədiklərini vurğulayıb.
2018-ci ilin yayında "Monako"dan transfer edilən Mbappe PSJ-də 6 mövsüm keçirib.
Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan Fransa millisinin 24 yaşlı üzvü komandasının çempionluğuna 29 qol və 6 məhsuldar ötürmə ilə yardımçı olub.
Nihat