"Real Madrid" heyətinə yeni hücumçu cəlb edir.
Fanat.Az xəbər verir ki, söhbət "Espanyol"un futbolçusu Xoseludan gedir.
Məlumatı insayder Fabritsio Romano yayıb. O, bildirib ki, futbolçunun klubu "Real"ın təklifinə müsbət cavab verib.
Artıq tərəflər arasında müqavilənin şərtləri ilə bağlı razılıq əldə olunub. Madridlilər forvardı pulsuz icarəyə götürəcəklər.
Qeyd edək ki, İspaniya millisinin 33 yaşlı üzvü 2022-ci ildən "Espanyol"da çıxış edir. 34 oyunda forma geyinən Xoselu 16 qola imza atıb. Yığmaya isə bu ildən dəvət alan futbolçu 2 matçda meydana çıxıb və 2 dəfə fərqlənib.
Röya