İngiltərənin "Fulhem" klubu Səudiyyə Ərəbistanına yollanacağı gözlənilən braziliyalı yarımmüdafiəçisi Villian ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Evening Standard" yayıb.
Mənbə "bağbanlar"ın məşhur oyunçuya yeni müqavilə təklif etdiyini bildirib. Məlumata görə, klub "sambaçı"ya həftəlik 58 min avro maaş vermək niyyətindədir.
Daha öncə "Fulhem"in çalışdırıcısı Marku Silva 34 yaşlı Villianın heyətdə saxlanılmasının prioritet hədəf olduğunu açıqlamışdı.
Qeyd edək ki, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 27 matça çıxan Villian 5 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Fulhem" yekun nəticədə 10-cu yeri tutub.
Nihat