Son mövsümü icarə əsasında Milan "İnter"ində keçirən "Çelsi"nin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanından təklif gəlib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı belçikalı futbolçu "Əl-Hilal"dan aldığı 25 milyon avroluq təklifə "yox" cavabı verib.
Məlumatı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, Lukaku "İnter"də qalmaq istədiyini bildirib. İtaliya klubu da forvardı komandada saxlamaq üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Lukaku geridə qalan mövsümdə "İnter" forması ilə ümumilikdə 37 matça çıxıb. Bu qarşılaşmalarda 14 qol vuran forvard 7 məhsuldar ötürmə ilə də yadda qalıb.
Röya