Xorvatiya millisinin hücumçusu Bruno Petkoviç Millətlər Liqasının yarımfinal oyunundan - Niderlandla bu gün keçirəcəkləri görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Niderland yığması güclü və sözün əsl mənasında, səviyyəli komandadır. Son dünya çempionatının yarımfinalında Argentinaya məğlubiyyət onları yəqin ki, çox məyus etdi. Bizə qarşı evdə oynayacaqlar və təbii ki, daha artığına nail olmaq istəyəcəklər. Fikrimcə, Xorvatiya onlara cavab verməyə hazır olacaq".
Qeyd edək ki, turnirin finalı Niderlandda keçiriləcək. İkinci yarımfinal matçı sabah baş tutacaq və bu qarşılaşmada İspaniya ilə İtaliya münasibətlərinə aydınlıq gətirəcək. Final və 3-cü yer uğrunda oyunlar isə iyunun 18-nə təsadüf edəcək.
Nihat