UEFA Millətlər Liqasının "Dördlər finalı"nda bu gün növbəti finalçının adına aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.
Niderlandın Enshede şəhərindəki "Tvente stadionu"nda keçiriləcək görüşün qalibi finalda Xorvatiya millisinə rəqib olacaq. Xorvatlar ötən gün Niderlandı matça artırılan əlavə vaxtda vurduğu qollarla 4:2 hesabı ilə məğlub edərək finala adlayıb.
Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.
UEFA Millətlər Liqası
"Dördlər finalı"
Yarımfinal
15 iyun
22:45. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, "Feyenoord Stadionu"