Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Manchester Evening News": "Mançester Yunayted" "Atalanta"nın hücumçusu Rasmus Höylunda elçi düşüb. "Qırmızı şeytanlar"ın ümidi Kristian Eriksenədir. Belə ki, onlar Danimarka millisində komanda yoldaşıdırlar. Eriksenin təsiri ilə Höylünd "Mançester Yunayted"ə keçidə razı ola bilər.
Rəsmi transfer xəbərləri:
"Nant" "Qalatasaray"ın hücumçusu Mostafa Mohamedi heyətinə cəlb edib. Bu transfer üçün Fransa klubuna 5,75 milyon avrodan keçib.
***
"Braqa" "Fənərbağça"nın yarımmüdafiəçisi Armindu Brumunu satın alıb. 28 yaşlı futbolçunun keçidi Portuqaliya klubuna 6,5 milyon avroya başa gəlib. Brumu 2023-cü ilin yanvarından icarə əsasında "Braqa"da çıxış edirdi. Portuqaliya çempionatında 16 oyunda meydana çıxan vinqer 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
***
"Liverpul"dan azad agent kimi ayrılan Ceyms Milner özünə yeni klub tapıb. 37 yaşlı yarımmüdafiəçi "Brayton"la anlaşıb. Onun 1+1 illik müqavilə imzalanıb.
***
PSJ futbolçusu Romarik Etondu "Monako"ya satıb. 18 yaşlı hücumçusu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
Röya