"Liverpul"un hücumçusu Məhəmməd Salahın agenti Rami Abbas İssa müştərisinin PSJ-yə keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, şəxsi "Twitter" hesabında müştərisinin Paris klubunun prezidenti Nasser Əl-Xelaifi ilə görüşmədiyini bildirib:
"Yox, o, Əl-Xelaifi ilə görüşməyib. Qısa desəm, belədir".
Daha öncə Misir millisinin forvardının Qətərdə olduğu və iş yerini dəyişmək üçün Fransa nəhənginin başqanı ilə bir araya gəldiyi bildirilmişdi.
Qeyd edək ki, Salah son mövsümdə "Liverpul" forması ilə 38 çempionat matçına çıxaraq 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızılar"la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat