"Yuventus"un Federiko Kyezanı niyə satmaq istədiyinin səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbə zədə üzündən "qoca sinyora"nın heyətində ötən il cəmi 5 oyuna çıxan 25 yaşlı hücumçunun illik maaşının 5 milyon avrodan 8 milyon avroya qaldırılmasını istədiyini və bu məqamın Turin klubunu qane etmədiyini vurğulayıb. Xəbərə görə, "Yuventus" rəhbərliyi müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulan ulduz forvardı 40 milyon avroya satmağa hazırdır.
2022-ci ili zədə səbəbindən demək olar ki, boşa verən Kyeza son mövsümdə "Yuve"nin forması ilə ümumilikdə 32 matç keçirib. Bu görüşlərdə 4 qol vuran Federiko 6 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat