Fransanın “Mets” klubunun hücumçusu Georges Mikautadze karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “Footmercato” yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu Çempionşip təmsilçisi "Börnli"yə keçməyə yaxındır. Burqundiyalıların baş məşqçisi Vinsent Kompani onunla şəxsən maraqlanır. Eyni zamanda, "Milan"ın da gürcü futbolçuya maraq göstərdiyi qeyd edilir, lakin İtaliya klubunun rəhbərliyindəki dəyişikliklərdən sonra belə bir transfer ehtimalı nəzərəçarpacaq dərəcədə azalıb.
Gənc hücumçu ötən mövsüm "Mets"in heyətində 40 oyuna çıxıb, 24 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" Gürcüstan millisinin futbolçusunu 10 milyon avroya qiymətləndirib.
Mirağa