Amsterdam məhkəməsi Moskvanın "Spartak" klubunun hücumçusu Kvinsi Promesi 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
Fanat.Az xəbər verir ki, bu barədə AD məlumat yayıb.
İnformasiyaya görə, o, əmisi oğluna hücumda günahlandırıldığı üçün həbs olunub.
Prokuror Promesin iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər həmçinin Promesin bıçaqlanma ilə bağlı telefon danışıqlarından sübut kimi istifadə ediblər. Hücumçu özü iclasda iştirak etməyib.
Xatırladaq ki, hadisə 2020-ci ilin iyulunda baş verib. Promes əmisi oğluna bıçaqla hücum edərək, ona bir neçə xəsarət yetirib. "Spartak"ın futbolçusu əvvəlcə "öldürməyə cəhd"ə görə məsuliyyətə cəlb olunub, ancaq sonradan ittiham maddəsi "daha ağır hücum"a dəyişdirilib.
Mirağa