İngiltərə millisinin qapıçısı Cordan Pikford "Mançester Yunayted"in hədəfindədir.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Everton"un qapıçısına təklif hazırlayır.
Bu barədə "The Daily Star" məlumat yayıb. Xəbərə görə, "Mançester Yunayted" rəhbərliyi 29 yaşlı qolkiper üçün 50 milyon avro ödəməyə hazırdır.
Mançester təmsilçisi hazırki qapıçısı David De Xeanın yeni sözləşməyə razı olmayacağı halda, Pikfordu alternativ olaraq seçib.
Qeyd edək ki, təcrübəli qapıçısı 2017-ci ildən "Everton"da çıxış edir. O, klubu ilə fevral ayında sözləşməni yeniləyib. Pikford Liverpul təmsilçisinin heyətində 217 oyunda meydana çıxıb və 314 qol buraxıb.
2017-ci ildən dəvət aldığı İngiltərə millisində isə 53 oyunda forma geyinib və qapısından 39 top buraxıb.
Röya