"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann gələcəkdə oynamaq istədiyi liqanın adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Get French Football News" fransalı hücumçunun dediklərini belə çatdırıb:
“MLS-də oynamaq mənim arzumdur, amma indi bunun vaxtı deyil. Mən ora getmək üçün ən yaxşı anı gözləmək istəyirəm. Şübhəsiz ki, gələcək üçün əsas məqsədlərimdən biri MLS-də oynamaqdır”.
Qeyd edək ki, Qrizmann karyerasını ölkəsində davam etdirməyə yaxındır. PSJ 32 yaşlı forvardı komandadan ayrılacağı gözlənilən ulduz futbolçu Kilian Mbappenin yerinə almaq istəyir. Keçidin baş tutması üçün klub rəhbərliyinin 100 milyon ödəməyə hazır olduğu bildirilir.
32 yaşlı fransalı hücumçu ötən mövsüm "Atletiko Madrid"in heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 16 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa