"Mançester Yunayted"in səhmlərini alacağı iddia edilən Qətər şeyxi Cassim bin Hamadu Əl Taninin "qırmızı şeytanlar"ın sabiq hücumçusu və baş məşqçisi Ul-Qunnar Sulşeri kluba qaytarmağı hədəfləyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.
Xəbərə görə, şeyx komandanın indiki çalışdırıcısı Erik ten Haqı Sulşerlə əvəzləmək niyyətindən uzaqdır. Onun əsas məqsədinin norveçli mütəxəssisi klubda başqa işlə təmin etmək olduğu vurğulanıb.
1996-2007-ci illər aralığında MY-də top qovan Sulşer 3 il bu komandanın baş məşqçisi olub. O, 2021-ci ilin noyabrında postundan ayrılıb.
2022/2023 mövsümündə ten Haqın rəhbrəliyi altında İngiltərə Premyer Liqasında 3-cü yeri olan Mançester təmsilçisi Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Nihat