"Çelsi"nin qapıçısı Eduard Mendi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 31 yaşlı seneqallı sözügedən ölkənin "Əl-Əhli" klubu müddəti 2026-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Mənbə son mövsümü aşağı liqada keçirən və birinci yeri tutaraq elitaya vəsiqə qazanan klubun "zadəganlar"la aparılan danışıqları uğurla yekunlaşdırmaq üzrə olduğunu vurğulayıb.
Qeyd edək ki, Mendi 2022/2023 mövsümündə "Çelsi" forması ilə 10 Premyer Liqa matçına çıxaraq 14 qol buraxıb.
Nihat