İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays İPL-də klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, "Vest Hem"in futbolçusu "Arsenal"ın hədəfindədir.
Bu barədə "Sky Sports" məlumat yayıb. Xəbərə görə, "topçular" 24 yaşlı oyunçu üçün 90 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Deklan Rays 2017-ci ildən "Vest Hem"də çıxış edir. Bu müddətdə 204 oyunda meydana çıxıb və 10 qola imza atıb. Başa çatan mövsümdə isə 37 oyunda forma geyinib və 4 dəfə fərqlənib.
Rays 2019-cu ildən İngiltərə millisinə dəvət alır. 41 görüşdə iştirak edib və 3 qol vurub.
Röya