"Fənərbağça"dan "Real Madrid"ə transfer olunan Arda Gülər təqdimat mərasimində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir AS nəşri onun dediklərini belə çatdırıb:
"Hər şeydən öncə ailəmə və klubuma minnətdaram. Hər şeyə görə təşəkkür edirəm. "Real"ın əfsanəsi olmaq istəyirəm. Bu, dünyanın ən yaxşı klubudur. "Real"da olduğum üçün qürur duyuram. Niyə "Barselona"nə yox, "Real"ı seçdim? Təkliflər çox idi, amma "Real"a keçmək həmişə əsas hədəfim olub".
Qeyd edək ki, Arda "Kral klubu"nda 24 nömrəli formanı geyinəcək.
Nihat