PSJ Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarteni transfer etdiyini açıqlayıb.
Fanat.Az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızlar onu "Sportinq"dən 60 milyon avroya alıblar.
Uqarte müddəti 2028-ci ilin yayına qədər olan müqaviləyə imza atıb.
Sözügedən futbolçu geridə qalan mövsümdə "Sportinq" forması ilə bütün turnirlərdə 47 matça çıxıb. Cənubi amerikalı bu qarşılaşmalarda məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat