"Bayern Münhen" "Tottenhem"in hücumçusu Harri Keyni transfer etməkdə israrlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, Münhen təmsilçisi Keyn üçün Hotspur klubuna 81 milyon avro təklif etməyə hazırlaşır. Mənbə Almaniya nəhənginin ingilis ulduzun keçidini mümkün qədər tez reallaşdırmağı hədəflədiyini vurğulayıb.
"Tottenhem"in öz yetirməsi olan və 2011-ci ildən klubun əsas komandasında top qovan Keyn 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 38 matça çıxıb. Bu qarşılaşmalarda 30 qol vuran İngiltərə millisinin forvardı 3 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat