İspaniyalı futbol veteranı Luis Suares Miramontes həyatla vidalaşıb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 88 yaşlı mütəxəssis bu gün dünyasını dəyişib.
Daha çox İspaniya millisi, "Barselona" və "İnter"dəki çıxışı ilə yadda qalan Arxitektor ləqəbli Miramontes 1960-ci ildə "Qızıl top" mükafatına sahib çıxıb.
1964-cü ildə futbolçu qismində İspaniya ilə Avropa çempionu olan sabiq yarımmüdafiəçi 1988-1991-ci illər aralığında ölkəsinin yığmasının baş məşqçisi də olub.
Nihat