PSJ "Bayern Münhen"in və Fransa millisinin müdafiəçisi Lukas Ernandesi transfer etdiyini açıqlayıb.
Fanat.Az Paris təmsilçisinin saytına istinadən xəbər verir ki, sözügedən futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
Fransa yığmasının heyətində DÇ-2022-də ağır zədə alan Ernandes o vaxtdan bəri Almaniya klubunun forması ilə meydana çıxmayıb. Lukas mundialda xaçvari qopanadək - geridə qalan mövsümün başlanğıcından ötən ilin noyabrına qədər "Bayern"in heyətində 11 matç keçirmişdi.
Nihat