"Çelsi"nin hücumçusu Romelu Lukaku "İnter"ə satılacağı halda, maaşının azaldılmasına razıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.
Xəbərə görə, Lukaku "neradzurra"da indiki əməkhaqqısından 1,17 milyon avro az maaş almaq şərtini uyğuni qəbul edib. Mənbə "qara-göylər"in Belçika millisinin forvardı üçün "zadəganlar"a 40,95 milyon avro təklif etdiyini də diqqətə çatdırıb. "Çelsi"nin hazırda "İnter"ə "hə" demədiyi, onu istəyən digər klubların "Yuventus" və "Əl-Hilal"ın da hərəkətə keçməsini gözlədiyi vurğulanıb.
Xatırladaq ki, Lukaku geridə qalan mövsümdə icarə əsasında məhz "İnter"in formasını geyinib. Milan klubunda 39 matça çıxan ön xətt oyunçusu 14 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Nihat