PSJ-nin keçmiş idman direktoru Leonardo Kilian Mbappeni klubdan getməyə çağırıb.
Fanat.Az xəbər verir ki, "Lequipe" sabiq klub funksionerinin dediklərini belə çatdırıb:
"Nə olursa olsun, Mbappenin getmək vaxtı çatıb. PSJ Kilian Mbappedən əvvəl də var idi və ondan sonra da olacaq.
Kilian Parisdə 6 il keçirdi və bu 6 mövsümdə beş fərqli klub Çempionlar Liqasını qazandı. Mbappe onların heç birində yox idi”.
Qeyd edək ki, Kilian PSJ-ni tərk edə bilər. Futbolçu müqaviləni 2025-ci ilin yayına qədər uzatmaqdan imtina edib və onun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. PSJ prinsipcə hücumçunun satışından pul qazanmaq üçün onu satmaq istəyir.
Mirağa