Birləşmiş Ərəb Əmirlikləri millisinə portuqaliyalı mütəxəssis Paulu Bentu rəhbərlik edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə ölkə futbol assosiasiyasının rəsmi saytı məlumat yayıb.
54 yaşlı portuqaliyalı ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Ona dünya çempionatının təsnifat mərhələsini keçmək tapşırılıb.
Bentonun son iş yeri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatıldığı Koreya millisi olub. Paulu həmçinin, "Sportinq", "Kruzeyro", "Olimpiakos", "Çonqinq Lifan" və Portuqaliya yığmasında çalışıb.
Millinin yeni çalışdırıcısı BƏƏ millisini iyulun 29-dan avqustun 10-dək, yəni Avropa futbol mövsümü başlamazdan əvvəl Avropada təlim-məşq toplanışına aparacaq.
Mirağa