İngiltərəli futbolçu Eşli Yanq karyerasını “Everton”da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sky Sports” yayıb.
Xəbərə görə, 38 yaşlı müdafiəçi bu gün Mersisayd klubunda tibbi müayinədən keçəcək. O, klubla daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə bağlayacaq.
Eşli Yanqın son klubu iyunda tərk etdiyi “Aston Villa” olub.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2007-2011-ci illərdə bu klubun şərəfini qoruyub. Müxtəlif illərdə "Mançester Yunayted" və "İnter"də də çıxış edən Yanq 2021-ci ildə "Aston Villa"ya geri dönüb.
Mirağa