Son turda “Estudiantes” üzərində 3:1 hesablı qələbə qazan “River Pleyt” vaxtından əvvəl Argentina çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, yarışın başa çatmasına iki tur qalmış titula sahib çıxan buenos ayreslilər qələbəyə doyunca sevinə bilməyiblər.
Oyundan bir neçə saat sonra komandanın müdafiəçisi Elias Qomesin ailəsində faciə baş verib. Onun 66 yaşlı anası Junilda və 25 yaşlı bacısı Melani yol qəzasında ölüblər.
Qəzanın günahkarı olan yük maşınının sürücüsü polis tərəfindən həbs edilib.
“River Pleyt”in mətbuat xidməti Eliasa başsağlığı verib.
Qeyd edək ki, “River Pleyt” rekord sayılan 38-ci dəfə Argentina çempionu adını qazanıb. Onun əzəli rəqibi “Boka Xuniors” analoji titula 35 dəfə sahib olub.
Mirağa